“TikTok”un ölkədə yayımının müvəqqəti məhdudlaşdırılmasının səbəbi açıqlanıb

21 Sen 2022 10:01
67

"Tik-Tok" sosial şəbəkəsində dezinformasiya xarakterli məlumatların yayılması daha çox risk daşıdığı üçün, bu şəbəkənin ölkə ərazisində bloklanmasına dair qərar qəbul edilib.

Ambur.az xəbər verir ki, bunu "APA-Economics"in sualına cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

Onun sözlərinə görə, müəyyən insanlar var ki, "Tik-Tok"u daha asan istifadə oluna bilən formata salmışdı.

"Yəni, "Tik-Tok"un özünün alqoritmi var ki, siz hansısa bir videoya baxdıqda ona uyğun digər kontentləri cəmləyib sizin qarşınıza çıxarır. Bu vasitə ilə sizi həm doğru, həm yalnış istiqamətlərə yönəldə bilir. Yəni, siz doğru məlumata baxsanız, düşmən ölkə həmin məlumata uyğun misal olaraq 10 dənə yalnış və sövqedici məlumat paylaşacaq. Belə olan halda siz informasiya müharibəsinin qurbanına çevrilə bilərsiniz. Eyni addımı düşmən ölkə da atıb. Eyni təhdidlər hər iki tərəfdən eyni formada dəyərləndirilir və məqbul hesab olunduğu, risk daşıdığı üçün bu formada addım atılıb",- deyə Tural Məmmədov qeyd edib.

Oxşar xəbərlər