TN-nin şöbə müdiri “Virtual məktəb“də qeydiyyatdan keçib dərsdə iştirak etməmə məsələsinə münasibət bildirib

22 Yan 2021 10:10
164

Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova siniflərdə bütün şagirdlərin "Virtual məktəb"də qeydiyyatdan keçsə də, çoxunun gündəlik dərslərə qoşulmaması məsələsinə münasibət bildirib.

AMbur.az-ın məlumatına görə, şöbə müdiri jurnalistlərə açıqlamasında deyib ki, bütün bu məsələlər məktəb səviyyəsində həll olunur:

"Məktəb direktoru, direktor müavini, sinif rəhbəri bu uşaqlarla iş aparmalı, məsələni aydınlaşdırmalıdılar ki, həmin şagirdlər nə üçün dərsə qoşulmurlar. Şagirdlərə biliyinə görə qiymət verilir, davranışına görə yox. Davranış dəyər məsələsidir, məktəbin apardığı siyasətdən, formalaşdırma qabiliyyətindən asılıdır. Sinifdən-sinfə keçmək üçün yeganə meyar isə şagirdin qiymətidir".

Oxşar xəbərlər