ABŞ-ın hazırkı Prezidenti Donald Tramp koronavirus pandemiyası ilə əlaqədar Şengen zonası ölkələri, Böyük Britaniya, İrlandiya və Braziliya vətəndaşlarının ölkəyə girişinə tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsi haqqında icra Fərmanı imzalayıb.
“Ambur.az” “TASS”a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanmış sənəddə deyilir.
Girişin dayandırılması haqqında icra Fərmanları yanvarın 26-sı saat 12:01-dən qüvvəsini dayandırır.