Türkiyə mediası Lerik könüllülərindən yazdı- Milliyet

03 Okt 2020 09:12
1187

Xəbər verdiyimiz kimi, sentyabrın 27-dən səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəyanı bölgələrimizi və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanı Cənab İlham Əliyev 28.09.2020-ci il tarixində ölkədə qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam imzalamışdı.

Sərəncamda qeyd edilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin.

2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ambur.az xəbər verir ki, bu zaman Lerik rayonunun gəncləri tərəfindən könüllü olaraq cəbhəyə vuruşmaq üçün Lerik Rayon Hərbi komissarlığına müraciət edənlər də az deil. Hətda Türkiyə Cumhuriyətinin "Milliyet" mediası da bu barədə paylaşım edib.

"Ermenistan'ın saldırılarının ardından seferberlik ilan edilen Azerbaycan'da gençler gönüllü olarak savaşmak için cepheye akın ediyor. Azerbaycan Cumhurbaşkanı İlham Aliyev'in ülkede kısmı seferberlik ilan edilmesine yönelik kararı imzalamasının ardından ülkenin gençleri her gün cepheye akın ediyor.  Azerbaycan medyası, ülkenin kuzeyindeki Lerik bölgesinde, çok sayıda gencin cepheye gitmek için başvurularını yaptığını duyurdu."

Oxşar xəbərlər