Türkiyədə fahişəliyə qarşı keçirilən əməliyyat nəticəsində üç azərbaycanlı qadın saxlanılıb

26 Yan 2022 00:33
81

Türkiyənin Konya şəhərində fahişəliyə qarşı keçirilən əməliyyat nəticəsində üç azərbaycanlı qadın saxlanılıb.

Ambur.az bildirir ki, “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin təşkil etdiyi əməliyyatda azərbaycanlı qadınları fahişəliyə cəlb edən iki nəfər də saxlanılıb.

Polis bu gün səhər saatlarında müəyyən edilmiş ünvanlarda əməliyyat keçirərək A.C., M.B., R.J., H.T. və A.G.-ni saxlayıb.

Polisin məlumatına görə, A.C. və M.B. Azərbaycan vətəndaşları R.J., H.T. və A.G.-ni pul müqabilində kişilərlə cinsi əlaqədə olmağa məcbur ediblər.

Şübhəlilər R.J., H.T. və A.G. polis bölməsindəki prosedurlardan sonra deportasiya olunmaları üçün Miqrasiya İdarəsinə təhvil veriləcək.

A.C. və M.B. isə insan alveri, fahişəlik, fahişəlik üçün yer təmin etmə və vasitəçilik maddəsi ilə məhkəməyə çıxarılacaq.

Oxşar xəbərlər