Türkiyədə fişəng fabrikində partayış olub, 41 nəfər yaralanıb

03 İyl 2020 11:03
266

Türkiyənin Sakariya əyalətinin Hendek rayonunda fişəng fabrikində baş verən partlayış nəticəsində azı 41 nəfər yaralanıb.

Ambur.az-ın “Report”-a istinadən xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Partlayış səsləri 50 km aralıdakı yaşayış məntəqəsində də eşidilib. Sakinlər partlayışı zəlzələ zənn ediblər.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Fabrikdə 195 nəfər işləyir. Hadisənin səbəbi hələ ki məlum deyil.

Bildirilib ki, son 11 ildə bu həmin fabrikdə 3-cü partlayışdır. 2009-cu ildə baş verən ilk hadisə nəticəsində bir nəfər ölmüş, 37 nəfər yaralanmışdı. İkinci hadisə 2014-cü ilin dekabrında olub. Nəticədə bir fəhlə ölmüş, 2 fəhlə yaralanmışdı.

Oxşar xəbərlər