Türkiyədə sərnişin avtobusu qəzaya uğradı, ölən və yaralananlar var

05 İyl 2020 22:01
206

Türkiyədə ağır yol qəzası olub.

Bu barədə Ambur.az-ın "Report"-a  istinadən xəbər verir.

Bildirilir ki, Ankara istiqamətində hərəkət edən sərnişin avtobusu ölkənin şimal-qərbindəki Kocaeli əyalətinin Qəbzə şəhəri ərazisində aşıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb. Xəsarət alanlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis, tibb işçiləri cəlb edilib. Qeyd edilir ki, şose yolda Ankara istiqamətində hərəkət tamamilə dayandırılıb.

Oxşar xəbərlər