Türkiyədə yaşayan müəllimə:“Azərbaycan dili burda çox sevilir“- MÜSAHİBƏ

04 İyl 2020 11:50
296

Ölkəmizi hər yerdə tanıtmaq bir mənəvi borcumuzdur. Bunu hər bir xaricdə yaşayan soydaşlarımız edə bilər, hətta layiqincə edə bilər. Son zamanlar xarici ölkələrdə oxuyan və işləyən həmvətənlərimizin sayı artır. Onlardn biri də Vəfa Hüseynovadır. Qardaş Türkiyədə müəllimə kimi məktəblərin birində fəaliyyət göstərir. Ambur.az onunla müsahibəni təqdim edir.

- Vəfa xanım, istərdik özünüz haqqında məlumat verəsiniz.

- Vəfa Elşənqızı (Hüseynova) 28 yaşında kimya müəlliməsiyəm. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsinin məzunuyam. Uzun illər Bakıda liseylərdə, kurslarda işləmişəm. Onlayn təhsil sahəsində də abituriyentlərə və MİQ-ə hazırlaşan müəllimlərimizə kömək məqsədi çox işlərimiz oldu, distant təhsilin Youtube" kanalında dərslərim var. Bu dərslər sayəsində ölkə xaricində də izləndim, Türkiyənin bir çox şəhərlərindən onlayn dərs verdiyim şagirdlərim oldu. Sonra qismət elə gətirdi ki, İstanbulda bir məktəbdən iş təklifi aldım, gəlib burda çalışmaya qərar verdim.

-  Çətin deyilmi, oranın uşaqları ilə yola getmək olurmu?

- Türkiyədə müəllimə verilən dəyəri az -çox hamımız eşitmişik, ona görə də burda müəllimlik etmək əsla çətin deyil, hətta deyərdim ki, şagirdlər tərəfindən o qədər sevilirəm ki, bəzən onların mənə qarşı bu qədər yaxşı davranışlarına, hörmətlərinə görə özümü çox şanslı hesab edirəm. Yox, yanlış anlaşılmasın bu sözlərim... Mən Bakıda da şagirdlərim tərəfindən yetərincə sevilirdim. Ancaq burda biraz fərqli ölkədən olmağım, fərqli şivə ilə dərs anlatmağım kimi bəzi nüanslar  onlarda daha maraq oyadır sanki, mənim dərsimlə daha çox maraqlanırlar bu da bir müəllim olaraq məni çox sevindirir. Əsas olan buranın programı ilə, bizim program arasında çox da böyük fərq yoxdur deyərdim, çünki dəqiq fənnlər dünyanın hər yerində dəqiqdir. Atam həmişə mənə deyərdi elə bir peşə seç ki, dəqiq olsun, suyun formulu mən dunyaya gəlmədən önce də H2O idi, məndən sonra da H2O olacaq.

-  Azərbaycanda məktəbdə işləmək ilə, Türkiyə arasında fərq nədədir?

- Əslində bilirsiniz, dünyanın harası olursa olsun şagirdə öz övladın kimi, öz yaxının kimi dəyər verdiyin halda sənin üçün heç nə çətin olmayacaq. Çünki uşaqlar çox həssas olurlar, hər şeyi hiss edirler, saf və təmiz olduqları üçün də onlara bir müəllim olaraq sən də təmiz qəlblə yanaşdığın halda həmişə seviləcəksən. Başqa fərqlərə gəldikdə isə sistem bizdə olan sistemdən fərqlidir, məsələn mən öz kimya fənnindən deyim, şagirdlər iki dəfə imtahana girirlər. İlk dəfə TYT (Temel Yeterlilik Testi) , sonra isə AYT (Alan Yeterlilik Testi) imtahanlarına girirlər. TYT-də   kimyadan 7 sual, AYT -də 13 sual olur. Toplam iki imtahandan 20 sual. Bizdə ama  mövzular və suallar biraz çozdur.

- Özəl kurslar bizdəki kimi populyardırmı?

- Özəl kurslar bizə də Türkiyədən gəldi əlbəttə populyardı, hər yerdə özəl kurs, özəl kollec var. Hətta burda ayrıca dəqiq fənləri tədris edən kurs, humanitar fənnləri tədris edən kurs, yəni fərqli-fərqli minlərlə kurs var. Amma təbii ki, onların içərisində öz sözünü deyən ağırlıqlı kollec və kurslar da var.

- Pandemiyadan əziyyət çəkən ölkələrdən biri də Türkiyədir. Karantin rejimi davam edir. Bəs karantin müddəti şagirdlər oxumağa maraq göstərirlərmi?

- Karantin dönəmində hər kəs kimi şagirdlərimiz də çox ruh düşkünlüyü yaşadılar. Ancaq bizim qurum əlindən gəldiyi qədər bu durumu düzəltməyə çalıştı. Hər gün şagirdlərin özləri və valideynləri ilə telefonla əlaqə saxlayırdıq  . Hər kəsin öz "danışman sinifi" var idi, mənim də sinifim 12-C sinifi idi  ki, mən də hər gün əlaqə saxlayırdım. Dərslərə vaxtında gəlmələrini, ruh düşkünlüyü yaşamamaqlarını və bunun bir tətil yox xəstəliklə bağlı alınmış bir qərar olduğunu şagirdlərimizə xatırladırdıq.

- Azərbaycan dilindən bəhs edirsinizmi?

- Əlbəttə, Azərbaycan dili burda çox sevilir, az öncə yuxarıda qeyd etdiyim kimi, burdakı uaqların və müəllimlərin dili ilə desək "hocam sizdeki bu Azeri şivesi var ya çok şirin ya". Bir də bəzi kimyada sözlər var ki, məsələn: "məhlul" - "çözelti" ; "tarazlıq"-"denge" ; "turşu"-"asit" ve s. kimi sözler vardır, dərs başa saldığım zaman təsadüfən bu sözləri istifadə edərkən daha da dərsə maraq qatır. Bir də maraqlı bir hadisəni sizə danışmaq istərdim. Bir gün dərsə girdiyim zaman lövhədə Azərbaycan bayrağı və milli qəhrəmanımız  Mubariz İbrahimovun şəkli və şagirdlərin Azərbaycan himnini oxumaqları ilə qarşılaşdım, doğrudur, mən bir kimya müəlliməsi olaraq Azərbaycan Respublikasının himnini bilsəm də marşını sona qədər bilmirdim. Amma bu mənzərəni gördüyüm zaman burdakı uşaqlarda vətənpərvərlik, türklük, milliyyətçilik hisslərinin nə qədər çox güc olduğunu gördüm.

 Gələcək planlarda ortaq layihə düşünürsünüzmü?

- Təbii ki, də  düşünürük və hətda gələcəkdə burdakı Universitetlerin birində müəllim olmaq kimi bir niyyətim də var. Bundan əlavə Azərbaycan-Türkiyə qardaşlığını bir daha sübuta yetirmək üçün bir məktəb açıb işlətməyə dəyər... Allah hər kəsi arzularına çatdırsın və bizdə onların içində olmaqla.  Sizə də dərin təşəkkür edirəm ki, ölkəmizdən kənarda fəaliyyət göstərən gənclərlə bu cür müsahibələr aparırsınız...

                                                                                             Ruslan Kərimi

Oxşar xəbərlər