Türkiyədə yenidən meşə yanğınları başlayıb

20 Avq 2021 18:21
241

Türkiyənin Muğla vilayətində yenidən meşə yanğınları başlayıb.

Ambur.az xəbər verir ki, bu barədə ölkənin Meşəçilik Baş İdarəsi məlumat yayıb.

Köyceğiz rayonunun Otmanlar məhəlləsində başlayan yanğının söndürülməsi üçün işlər aparılır.

Əraziyə ilkin mərhələdə iki amfibiya təyyarə, doqquz helikopter, üç buldozer və 40 suçiləyici cəlb olunub.

<span>Türkiyədə yenidən meşə yanğınları başlayıb</span><span xss=removed> </span>

Oxşar xəbərlər