Türkiyədə zəlzələ baş verib

06 May 2021 10:49
141

Türkiyənin Bingöl əyalətində zəlzələ qeydə alınıb.

Ambur.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Karlıova rayonunda yerli vaxtla saat 00:27-də 3,6 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 10,3 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat qeydə alınmayıb.

Oxşar xəbərlər