Türkiyədəki partlayışda yaralanan 114 nəfər evə buraxılıb, bir nəfərin vəziyyəti ağırdır

05 İyl 2020 14:10
155

Sakaryada baş verən partlayışda yaralanan 114 nəfər xəstəxanadan evə buraxılıb.

xəbərə görə, Sakarya valisi Çetin Oqtay Kaldırım bu barədə bildirib.

Vali deyib ki, qəza ilə əlaqədar hazırda 6 yaralı var ki, onlardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, 3 iyulda Sakaryanın Hendek rayonunda pirotexnika istehsal edən fabrikdə naməlum səbəbdən partlayış baş verib.

Hadisə nəticəsində 4  nəfər ölüb, 3 nəfər itkin düşüb.

Faktla bağlı 3 nəfər həbs olunub. APA

Oxşar xəbərlər