“UAZ”la azad olunmuş ərazilərə keçmək istədilər

13 May 2021 11:11
34

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən beş nəfər saxlanılıb.

DİN-dən Ambur.az-a verilən məlumata görə, dünən Ağdam rayonunun Təzəkənd ərazisində qurulmuş nəzarət postundan yayınaraq xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərməklə “UAZ” markalı avtomaşında olan beş nəfər işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib.

Həmin şəxslərin saxlanılması təmin edilərək, Ağdam Rayon Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxslərlə profilaktiki səpkidə söhbətlər aparmaqla hər biri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

 

Oxşar xəbərlər