Ucarda 12 yaşlı Yeniyetmə intihar edib

27 Mrt 2021 13:20
204

Ucar rayonunda 12 yaşlı yeniyetmə intihar edib.

Ambur.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Küçəkənd kədində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb.

 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər