Ukrayna müharibədə 9 minə yaxın hərbçisini itirib

22 Avq 2022 13:43
98

Ukraynanın Rusiya ilə 6 aydır davam edən müharibədə itkilərinin sayı açıqlanıb.

Ambur.az bildirir ki, bu barədə İnterAz “RBK Ukraina”ya istinadən xəbər ver.

Bildirilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı deyib.

Onun sözlərinə görə, müharibədə 9 minə yaxın hərbçi həlak olub.

V.Zalujnı bildirib ki, müharibədə nəinki hərbi qulluqçular, hətta azyaşlı uşaqlar da iştirak edirlər: "Bizim balaca övladlarımızın heç bir günahı yoxdur, onların yeganə "günahı" yalnız burada doğulmalarıdır. Onlar həqiqətən nə baş verdiyini anlamırlar. Lakin onların həm Soledar, Baxmut, Velika Novosilka yaxınlığında, həm də burada müdafiəyə ehtiyacı var. Çünki onların ataları cəbhəyə gedib və ölən 9000-ə yaxın qəhrəman arasında ola bilər".

Oxşar xəbərlər