“Ümid edirəm ki, bu mesajdan sonra sürücülərimiz bu cür hərəkətlərdən çəkinəcək“ - Videoblogger Pərvin Cəfərzadə

12 İyn 2021 19:06
167

Sürücülərin mütəmadi olaraq pozduğu qaydalardan biri də avtomobildən bayıra zibil atmaqdır. Sükan arxasında olan zaman tütün məmulatından, içkilərdən, qida məhsullarından istifadə edən sürücülər tullantıları maşında saxlamaq əvəzinə bir çox hallarda bayıra ataraq küçələri zibilləyirlər.

Ambur.az Avtosfer.az-a istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan videoblogger avtomobilin arxa şüşəsinə bunu yazıb: “Mən anamı bircə anlıq süpürgəçi xanımların yerinə təsəvvür edəndən sonra, başladım yerə zibil atmamağa”.

Fotonu videoblogger Pərvin Cəfərzadə paylaşıb. O, Avtosfer.az-a müsahibəsində bildirib ki, əsas məqsədi sürücülərin küçələri təmiz saxlamasına çağırış etməkdir. “Özüm də tez-tez bu cür hallarla qarşılaşıram. Dəfələrlə bu cür sürücülərlə söhbətlər aparmışam. Amma görünür ki, bəziləri üçün bu keçərli olmayıb. Odur ki, analoji addımı atmağa məcbur oldum. Çünki küçələri təmizləyən həmin yaşlı xanımları görəndə onlara iki qat əziyyət verən sürücüləri qınayıram. Ümid edirəm ki, bu mesajdan sonra sürücülərimiz bu cür hərəkətlərdən çəkinəcək.

Qeyd edək ki, Pərvin Cəfərzadə sosail şəbəkələrdə müxtəlif məsələlərə yumoristik yanaşamaqla tənqidi videolar çəkərək paylaşır.

<span>“Ümid edirəm ki, bu mesajdan sonra sürücülərimiz bu cür hərəkətlərdən çəkinəcək“ -</span><span xss=removed> Videoblogger Pərvin Cəfərzadə</span>

Oxşar xəbərlər