ÜST-dən koronavirusun yayıldığı Uhandakı araşdırmalarla bağlı ilk açıqlama

09 Fev 2021 16:58
208

Koronavirusun ilk dəfə aşkarlandığı Uhana gedən Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri apardıqları araşdırmaların nəticələrini açıqlayıblar.

Ambur.az  “Hürriyet”ə istinadən xəbər verir ki, ÜST-ün açıqlamasına görə, koronavirusun köklərini müəyyənləşdirməyə yönəlmiş araşdırmalar nəticəsində məlum olub ki, pandemiyanın kökləri heyvana işarət eləmir və 2019-cu ilin dekabrından əvvəl bölgədə virusa rast gəlinməyib.

 

ÜST mütəxəssisləri virusun laboratoriyadan yayılması ilə bağlı iddiaları da cavablandırıb. Onlar bu iddiaları tamamilə əsassız adlandırıblar.

Bundan başqa, bildirilib ki, heyət yeni məlumatlar üzə çıxarıb. Ancaq bu məlumatlar pandemiyanın ümumi mənzərəsini dəyişmir.

Oxşar xəbərlər