ÜST: Dünyada son gündə koronavirusa 203 min yoluxma aşkarlandı

05 İyl 2020 23:04
168

Dünyada koronavirusa yoluxma hallarının sayı son sutkada 203 mindən çox artaraq, 11,1 milyonu ötüb.

Ambur.az-ın “Report”-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilatın məlumatına görə, son sutkada dünyada təhlükəli virusdan ölüm hallarının sayı 5 mindən çox artıb.

Qeyd edilir ki, indiyədək koronavirusa 11 125 245 yoluxma və 528 204 ölüm qeydə alınıb

Oxşar xəbərlər