Vaksinasiya üçün elektron xidmət istifadəyə verildi

05 Fev 2021 11:47
346

“COVID-19” xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib.

Ambur.az bildirir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Bildirilir ki, “Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 1-ci mərhələdə yaşı 65 və yuxarı olan şəxslərin sözügedən elektron xidmətdən istifadəsi nəzərdə tutulub. 

 

Xidmətdən istifadə etmək üçün randevu.its.gov.az ünvanına daxil olub qeydiyyatdan keçmək lazımdır. 

Oxşar xəbərlər