“Vaşinqton Post” tanınmış fələstinli jurnalistin öldürülməsində birbaşa İsraili ittihamlandırıb

13 İyn 2022 11:41
155

Daha bir ABŞ media qurumu Şirin Əbu-Aqilənin qətlində birbaşa İsraili ittihamlandırıb.

Ambur.az SalamNews-ə istinadən xəbər verir ki, “Vaşinqton Post” qəzeti Əlcəzirənin Qüds üzrə müxbiri Şirin Əbu-Aqilənin ölümü ilə bağlı apardığı araşdırmanın yekununda hesabat yayımlayıb.

Qəzet tanınmış fələstinli jurnalistin qətlə yetirilməsini birbaşa İsrailə nisbət verib.

Qeyd edək ki, bundan öncə ABŞ-ın CNN telekanalı da mövzu ilə bağlı apardığı araşdırmanın yekununda İsrail qüvvələrini ittihamlandırıb.

Xatırladaq ki, Şirin Əbu-Aqilə ötən ay İsrail qüvvələrinin Cenin düşərgəsində basqını zamanı başından vurulub və jurnalist yerində vəfat edib.

Oxşar xəbərlər