Vətən müharibəsi şəhidi, evin tək övladı Mikayılzadə Rəşadın doğum günü qeyd edilib - FOTO + VİDEO

30 Sen 2022 20:07
232

Bu gün Bakıda Vətən müharibəsi şəhidi Mikayılzadə Rəşadın doğum günü qeyd edilib.

Ambur.az-ın məlumatına görə, ilk öncə II Fəxri Xiyabanda şəhidin məzarı ziyarət edilib. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyətinin əməkdaşları, hərbçilər, şəhidin valideynləri, yaxınları, tanışları, təhsil aldığı Sabunçu rayon 311 saylı tam orta məktəbin direktoru, müəllimləri, məktəbin 1-ci sinif şagirdləri iştirak edib. Şəhidin məzarı önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub, 1-ci sinif şagirdləri şeirlər səsləndiriblər.

Daha sonra tədbir şəhidin təhsil aldığı 311 saylı tam orta məktəbdə davam etdirilib. İlk olaraq vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Bundan başqa, şəhidlə bağlı hazırlanan videorolik təqdim edilib, şəhidin müəlliləri şəhidlə bağlı xatirələrini bölüşüb, 1-ci sinif şagirdləri şeirlər səsləndirib. 

Qeyd edək ki, Əslən Lerik rayonunun Camaşayır kəndindən olan Rəşad İlham oğlu Mikayılzadə 30 sentyabr 1995-ci ildə Bakı şəhəri Yasamal rayonunda anadan olmuşdur. Evin tək övladı olan Rəşad uşaqlıq illərini Yasamal rayonunda keçirir. 2019-cu ildə Yasamal rayonu Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilir.

Rəşad 2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsinin ilk günündən döyüşdə iştirak edir. Döyüş yolunu Füzulidən başlayan Rəşad böyük şücaətlər və qəhrəmanlıqlar göstərir. Daha sonra Xocavənd istiqamətində gedən şiddətli döyüşlərə qatılır. Qəhrəman Rəşad 09 noyabr 2020-ci il tarixində canından və qanından keçməklə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən şiddətli döyüşlərdə şəhadətə yüksəlir. Həmin ayın 20-də ailəsinə Rəşadın şəhid xəbəribverilir. Səhərisi gün nəşi Bakı şəhərinə gətirilir və  II Fəxri Xiyabanda torpağa tapşırılır. 

Prezident İlham Əliyevin Sərəncamına əsasən, əsgər Rəşad İlham oğlu Mikayılzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir. 

Allah rəhmət eləsin!

Bunu da oxuyun: https://ambur.az/ii-fexri-xiyabanda-defn-olunan
Imiyən bahandən: https://ambur.az/imruj-ce-sehid-mikayilzade-resadi-moeo-be-ruje

Oxşar xəbərlər