Vətən müharibəsi şəhidi Nurlan Malikovun doğum günüdür

19 Sen 2022 11:17
653

Bu gün Vətən müharibəsi şəhidi Nurlan Malikovun doğum günüdür

Nurlan Dünyamalı oğlu Malikov 19 sentyabr 1996-cı ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub. 2003-cü ildə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 2014-cü ildə həmin məktəbin onbirinci sinfini bitirib. 2014-cü ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda, “N” saylı hərbi hissədə davam etdirib. 2016-cı ilin aprel ayında ordu sıralarından tərxis olunub.

Nurlan Malikov 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edir və Füzuli, Qubadlı rayonlarının azad olunmasında böyük şücaətlər göstərir. Nurlan Malikovun üzvü olduğu dəstə Zəngilandan Qubadlıya hərəkət edərkən düşmənin hücuma məruz qalıb. Şəxsi heyətin bir hissəsi şəhid olmuş, Nurlan isə itkin düşmüşdür. Şəhidin nəşi ölümündən təxminən 70 gün sonra tapılmışdır. Şəhidin nəşi 31 dekabr 2020-ci il tarixdə doğulduğu Masallı rayonunun Öncəqala kənd qəbiristanlığında torpağa tapşırılıb. Subay idi.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Nurlan Dünyamalı oğlu Malikov ölümündən sonra  "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Ambur.az

Oxşar xəbərlər