Xalq artisti Sabir Əliyevin qəbirüstü abidəsi qoyulub - Foto

12 Sen 2021 07:16
285

Xalq artisti Sabir Əliyevin qəbirüstü abidəsi ucaldılıb.

Ambur.az xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin bacısı oğlu İlkin Nuriyev məlumat verilib.

Abidənin müəllifləri heykəltəraşlar Mövsüm Təbrizli və Toğrul Ağayevdir.

Qeyd edək ki, Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. O, 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 il teatrın muğam bölməsinin solisti olub.

Sabir Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 2005-ci ildə "Əməkdar artist”, 2017-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

O, ötən il dekabrın 22-də koronavirusdan (COVID-19) vəfat edib, "Yasamal" qəbiristanlığında dəfn edilib.

Oxşar xəbərlər