“Xan Lənkəran“ - “Araz Naxçıvan“ oyunu ilə bağlı - AÇIQLAMA

18 May 2022 14:28
310

15.05.2022-ci il tarixində Region Liqasının "Xan Lənkəran" və "Araz-Naxçıvan" komandaları arasında 1/2 final mərhələsi çərçivəsində keçirlmiş oyundan sonra araşdırma aparılıb.

Ambur.az-ın xəbərinə görə, aparılmış araşdırmalar zamanı "Araz-Naxçıvan" komandasının heyətində çıxış edən futbolçulardan Orxan Əliyev və Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib.

"Araz-Naxçıvan" komandasının heyətində cari mövsüm ərzində peşəkar müqaviləsi olan futbolçular iştirak etdiyi üçün 1/2 final mərhələsinin müvafiq oyununda "Araz-Naxçıvan" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Mövzunu araşdırıb, düzgün qərar qəbul etdiyinə görə "Xan Lənkəran" klubu AFFA-ya təşəkkür edib.

Oxşar xəbərlər