“Xan Lənkəran“ dağıldı, iki futbolçusu xaricə üz tutdu

03 Avq 2022 16:03
92

“Xan Lənkəran”ın əsas komandası fəaliyyətini dayandırıb. 

Ambur.az Fanat.Az- istinadən xəbər verir ki, AFFA-nın komandanı I Diviziona buraxmamasına etiraz olaraq çıxışını dayandıran futbolçular artıq özlərinə yeni iş yeri axtarmağa başlayıb.

Qapıçı Orxan Sadıqlı "Kəpəz"ə üz tutub, iki futbolçu isə legioner karyerası yaşamağa qərar verib. 

"Xan Lənkəran"ın mətbuat xidmətinin yaydığı açıqlamada İlyas Səfərzadə və Elvin Mirzəyevin Tacikistanın “Fayzkand” klubuna keçdiyi bildirilib. 

“Fayzkand” Tacikistanın yüksək liqasında çıxış edir. Komanda 10 turdan sonra 15 xalla 3-cü sıradadır.

Oxşar xəbərlər