“Xan Lənkəran“ futbol klubunun rəhbərliyi Prezidentə müraciət ünvanlayıb

01 May 2022 14:22
520

"Xan Lənkəran" futbol klubunun rəhbərliyi Prezidentə İlham Əliyevə müraciət ünvanlayıb

Ambur.az xəbər verir ki,bu barədə klubu prezidenti Pərviz Hüseynov müraciəti özünün "Instaqram"  hesabında paylaşıb.

Qeyd edək ki, "Xan Lənkəran"ın prezidenti Pərviz Hüseynov ötən gün klubun divizionda iştirak etməsi üçün AFFA rəsmiləri ilə görüşüb. AFFA rəsmiləri onlardan ən azı üç mövsüm Region Liqasında mübarizə aparmaqlarını tələb ediblər:

"Hazırda Bakıdayıq. Divizionda iştirak etmək üçün AFFA rəsmiləri ilə görüşürük. Bizdən tələb edirlər ki, ən azı üç mövsüm Region Liqasında mübarizə aparaq. Amma bunun olmaması, işlərin qaydasına düşməsi üçün çalışırıq. Yenə AFFA rəhbərliyi ilə danışıqlar aparacağıq. Görüşlərimiz olacaq. Çalışacağıq ki, hər şey yaxşı olsun".

Oxşar xəbərlər