“Xan-Lənkəran“ın baş məşqçisi: “Favoritlər hər zaman qələbə qazanmır“

21 May 2022 05:35
277

"Xan-Lənkəran"ın baş məşqçisi İbrahim Uzunca Region Liqasının finalında "Cəbrayıl"a 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.

Ambur.az xəbər verir ki, o, "CBC Sport"a açıqlamasında  meydanda yüksək səviyyəli oyun getdiyini deyib: 

"Azarkeşlərin də böyük dəstəyi ilə finala yaraşan matç oldu. Ümumi götürsək, üstünlük bizdə idi. Rəqibi təbrik edirəm. Amma epizodları dəyərləndirə bilsəydik, hər şey fərqli ola bilərdi. Son dəqiqələrdə penaltini qola çevirə bilmədik. Bu isə onu göstərir ki, favoritlər hər zaman qələbə qazanmır".

Oxşar xəbərlər