Xanlar Həmid: AZƏRBAYCAN

13 Yan 2021 12:52
12

Azərbaycan! 
Zirvəsisən bütün sözlərin!
Azerbaycan!
Bir kəlmə ki, anadan şirin!
Azərbaycan!
Bir tarix ki, zamandan qədim!
Azərbaycan!
Söz orbitim, söz həqiqətim!
Azərbaycan!
Elə yurd ki, dünyadan ulu!
Azərbaycan!
Babəkimin kəsilən qolu!
Füzulinin ürəyindən qopan nidadır!
Azərbaycan Nizaminin qəlbi boydadır!
Nəsiminin dərisini geyib əyninə,
Tufanlara, boranlara gəribdir sinə.
Azərbaycan!
Köksün üstə illər dağ olub,
Bulaqların gözlərinə dərdin yığılıb.
Azərbaycan!
Könüldə od, gözdə çənmisən,
Muğamlarda pərdə-pərdə ləpələnmisən.
Azərbaycan!
Daş sinədə döyünən ürək,
Azərbaycan!
Könüllərdə polad iradə.
Azərbaycan!
Qanadlanan min arzu, dilək,
Qəlbimizlə bağlayıbdır bizi həyata.
Azərbaycan!
Dağ köksünə baş qoyan dəniz,
Azərbaycan!
Göy sulara söykənən dağdır.
Getsəm əgər bu dünyadan bir gün xəbərsiz,
Mənim ruhum bu diyarı dolaşacaqdır!!!

                                                    Xanlar HƏMİD     

Oxşar xəbərlər