“Xəzər Lənkəran“ Premyer Liqaya qayıda bilərmi?“ - PFL-dən açıqlama

15 Fev 2022 09:15
667

Region Liqasında çıxış edən “Xan Lənkəran” rəhbərliyinin Türkiyədə Mübariz Mənsimovla görüşündən sonra komandanın “Xəzər Lənkəran” adı ilə fəaliyyət göstərəcəyi haqda xəbər "aydın səmada şimşək" effekti verdi.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin ötən gün “FutbolPress”ə açıqlaması da xeyli maraq doğurdu. 

Ambur.az Fanat.Az-a istinadən xəbər verir ki, qurumun prezidenti “Xəzər Lənkəran” fəaliyyətini bərpa etsə, birbaşa Premyer Liqaya buraxılarmı” sualına belə cavab verib: 

“Mən o vaxt da demişdim, indi də fikrimi təkrarlayıram, o azarkeşlərin xətrinə “Xəzər Lənkəran”ı Premyer Liqaya buraxmağa hazırıq. Əsas tələblər  - bank təminatı və komandanın peşəkarlaşmasıdır. Bunlar qaydasında olsa, istisna hal kimi -  dediyimizin üstündəyik”.

Hazırda həvəskar statusu daşıyan komandanın birbaşa Premyer Liqaya buraxılması əsasnaməyə zidd deyilmi? Axı qaydalara görə, Premyer Liqada çıxış etmək istəyən klub I Divizionda da iştirak etməlidir. PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev saytımıza açıqlamasında məsələyə aydınlıq gətirib:  

"Ramin müəllimin açıqlamasını oxumuşam, məlumatım var. Məncə, prosesləri qabaqlamağa ehtiyac yoxdu. Tələsmək lazım deyil, mövsüm bitdikdən sonra bütün suallara aydınlıq gələcək. PFL-in mətbuat katibi olaraq deyə bilərəm ki, əsasnaməyə uyğun olaraq Premyer Liqaya yüksələn komanda ilk növbədə I Divizionda çıxış etməlidi. Düzdür, bir neçə il öncəyə qayıtsaq, konkret olaraq 2004/2005 mövsümündə, yeni yaranmış komandaların  birbaşa Premyer Liqada çıxış etməsinə AFFA tərəfindən icazə verilmişdi. Amma indidən bu barədə danışmaq tezdir. Mövsümün sonunu gözləsək, daha yaxşı olar".

Oxşar xəbərlər