“Xəzər Lənkəran“ın keçmiş baş məşqçisi Bundesliqa klubunda çalışacaq

19 Noy 2021 12:16
99

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Erik Roketa Almaniya Bundesliqasında çalışacaq.

Ambur.az "TUDN" nəşrinə istinadən xəbər verir ki, hazırda Meksika "Qvadalaxara"sında köməkçi-məşqçi kimi çalışan 37 yaşlı ispaniyalı mütəxəssisə "Bayer" (Leverkuzen) klubu təklif göndərib.

Artıq Roketa məsələ ilə bağlı Meksika təmsilçisinin rəhbərliyi ilə görüşüb. Klub onun gedişinə razılıq verib.

Hazırda "Bayer" 11 oyundan 18 xalla 6-cı yerdə gedir.

Qeyd edək ki, Erik Roketa 2012/2013 mövsümündə "Xəzər Lənkəran"da baş məşqçi Yunis Hüseynovun köməkçisi olub. Hüseynovun gedişindən sonra 2012-ci il noyabrın 1-də Roketa komandaya müvəqqəti baş məşqçi təyin olunub. Noyabrın 14-də o, postunu Karles Bakesə təhvil verib.

Oxşar xəbərlər