Xilqət-Qəzəl

23 Noy 2020 07:36
35

Bilməm nədən özün yenə məndən o yan verir,
Harda o yan alıb, kimə yoxsa məkan verir.

Məndən alıb bu canı gedib verməz özgəyə,
Həm can alır, nə olsun özü həm də can verir.

Yarım gedibdi qətrə su keçmir boğazdan,
İftarsız oruc da ki, olmur, ziyan verir.

Çaş qalmışam nə vaxtı eşitdim azan səsin ,
Sandım mən ölmüşəm ki, müəzzin azan verir?

Çoxdur yarası könlümün axmış, bitir qanı,
Qan ağlamağla göz ona hər ləhzə qan verir.

Gəlsək onunla üz-üzə bir, diksə göz mənə,
Qəlbinə gözləri məni bil ki, nişan verir.

Etsinqoy imtahan özü , versin o qiyməti,
Görsün bu Xilqəti nələrə imtahan verir.

                                                     XİLQƏT

Oxşar xəbərlər