Xilqət-Qəzəl

13 Yan 2021 11:35
93

Mənfur düşmənə nə bir imkan qoyub, gəlib,
Nə bir aman verib, nə də, meydan qoyub gəlib.


Odlar diyarımın ulu, cəngavər övladı,
Öz qeyrətiylə aləmi heyran qoyub gəlib 


Dağ, daşa dırnağıyla yazıb solmuyan əsər,
Dünyada dillər əzbəri dastan qoyub gəlib.


Əzmin, şücaətin danışır dostu,düşməni,
Düşmənləri döyüşdə peşiman qoyub gəlib.


Yazma onun zəfərlərini yad ayağına,
Qan gözlərin tutar, gözü al qan qoyub gəlib.


İstər şəhidimiz ola,istərsə qazimiz,
Uğrunda, torpağın hərəsi can qoyub gəlib.


Xilqət, nə cür deyək "gözün aydın" anasına?
Oğlu döyüşdə sağ gözü qurban qoyub gəlib.

                                                     Xilqət

Oxşar xəbərlər