Xırdalanda çoxmərtəbəli binada partlayış baş verib

15 Avq 2022 21:10
88

Abşeron rayonunda çoxmərtəbəli binada partlayış olub.

Ambur.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xırdalanda yerləşən yaşayış komplekslərindən birində baş verib.

Belə ki, kompleksdəki binalardan birinin elektrik təchizatında yaranmış nasazlıq partlayışa səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunublar.

Partlayış nəticəsində xəsarət alanların olub-olmaması barəsində məlumat verilməyib.

Oxşar xəbərlər