Baş leytenant Əkbərov Orxan dünyasını dəyişən atasına şeir həsr edib

21 Yan 2021 11:14
209

Ambur.az bildirir ki, atası Həmidov Şahid Qədiməli oğlunu 15 yaşında itirən baş leytenant Əkbərov Orxan atasına şeir həsr edib.

Orxan Şahid oğlu Əkbərov 17 may 1996-cı ildə Lerik rayonunun Livədirqə kəndində anadan olmuşdur. 2013-cü ildə orta məktəbi başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2017-ci ildə həmin məktəbi bitirmişdir. Hal-hazırda bölük komandirinin müavini vəzifəsində xidmət edir. 

          ATA, SƏNİN YANINA GƏLMƏK İSTƏYİRƏM MƏN 
Ürəyim qanla dolu, ümidlərimsə xəstə,
Necə əzizləyərdin, indidə də məni istə,
Bəzən fürsət axtarıb gəlib məzarın üstə
Bütün dərdi sərimi bölmək istiyirəm mən,
Ata, sənin yanına gəlmək istiyirəm mən.. 


İstəmirəm, mən ölsəm kimsə saçını yolsun,
Əlində bəslədiyi açan çiçəyi solsun,
İstəmirəm üzümdə saxta təbəssüm olsun,
Əvvəlkitək ürəkdən gülmək istiyirəm mən,
Ata, sənin yanına gəlmək istiyirəm mən.. 


Təklikdə ağlayıram, başqa vaxtı gülürəm,
Sirdaşım yox, dərdimi başdaşınla bölürəm,
Onsuz da  bu həyatda gündə yüz yol ölürəm,
Bir dəfə ölmək nədir bilmək istiyirəm mən,
Ata, sənin yanına gəlmək istiyirəm mən.. 


Bizi arxasız bilib incidənlər çox olub,
Qarnımız ac olsa da gözlərimiz tox olub,
Amma artıq bezmişəm, birdəfəlik yox olub
Yaddaşlardan adımı silmək istiyirəm mən,
Ata, sənin yanına gəlmək istiyirəm mən.. 


Arzularım tükənib, bitib fikri-xəyalım,
Hər şeydən yorulmuşum, daha qalmayıb halım,
Gedib yazıq anamdan bircə halallıq alım,
Vidalaşıb həyatdan, ölmək istiyirəm mən.
Ata, sənin yanına gəlmək istiyirəm mən..

                      Baş leytenant Əkbərov Orxan

Qeyd edək ki, baş leytenant Əkbərov Orxanın qardaşı Əkbərov Əmrah da XTQ leytenantı olmuşdur. II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuşdur. 

Əmrah Şahid oğlu Əkbərov 21 fevral 1998-ci ildə Lerik rayonunun Livədirqə kəndində anadan olmuşdur. Əmrah hələ 13 yaşında olarkən atası dünyasını dəyişir. Vətən sevgisi ilə böyüyən Əmrah həmişə "Vətən üçün veriləcək canın yoxdursa, onda sus!" -deyərdi. Bəli, Əmrah həqiqətən də vətəninə, torpağına bağlı biri idi.

Qardaşı Əmrah haqqında belə xatırlayır: "Mən Əmrahın bir qardaşı kimi, bir kursant yoldaşı kimi, bir zabit yoldaşı kimi Əmrah haqqında nə qədər danışsam da az olar. Bunu, Əmrah mənim qardaşımdır deyə demirəm, həqiqətən necə ki, uzunömürlülər haqqında danışıqca bitmir. Həmçinin mənim qardaşım haqqında da eynən. O, 22 il yaşamasına baxmayaraq haqqında nə qədər danışsam, bitməz. Həddindən artıq çox mərd, qorxmaz, cəsur biri idi. Hətda Əmrah mənim yanımda olsaydı, mən onunla ordunun qabağına çıxacaqdım. Yəni, o qədər qorxmaz, mərd biri idi Əmrah".

Şəhid haqqında ətraflı məlumatı linkdən oxuya bilərsiniz.

https://ambur.az/veten-ucun-verilecek-canin-yoxdursa-onda-sus

Oxşar xəbərlər