XTQ-nin kiçik giziri, Şuşa fatehi şəhid Tağıyev Ramiq ordenlə təltif olunub

05 Noy 2021 22:51
124

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, şəhid Tağıyev Ramiq ordenlə təltif edilib

Ambur.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən şəhid Ramiq Tağıyev  “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Bundan öncə isə o, ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və  "Vətən uğrunda" medalları ilə təltif edilib.

Qeyd edək ki, Ramiq Teymur oğlu Tağıyev 30 oktyabr 1998-ci ildə Lerik rayonunun Kəlvəz kəndində anadan olub. Təhsilini başa vurduqdan sonra, 2017-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Ramiq Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsinə göndərilib. 

Ramiq həqiqi hərbi xidmətini başa vurduqdan sonra kiçik gizir rütbəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirməyə başlayır. 2020-ci ilin sentyabr ayında başlayan və 44 gün davam II Qarabağ müharibəsinə Ramiq də bir Xüsusi Təyinatlıların giziri kimi qatılır və böyük həvəslə döyüşür. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı uğrunda gedən ağır və şiddətli döyüşlərdə iştirak edir.

Qəhrəman gizir buna baxmayaraq, daha sonra Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edir, düşmənlə əlbəyaxa döyüşür və düşmənə sinə gərir. Özünün göstərdiyi qəhrəmanlığı ilə adını qızıl hərflərlə tarixə yazan kiçik gizir Tağıyev Ramiq qələbə günündə -08 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi həmin ayın 11-də doğulub, boya-başa çatdığı Lerik rayonunun Kəlvəz kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır.

Allah rəhmət eləsin! 

Oxşar xəbərlər