AR-nın Xüsusi Dövlət Mühafizə Xidməti “A“ Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, ehtiyatda olan polkovnik - Hikmət Ağayev

13 Dek 2021 16:32
1173

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti "A" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, ehtiyatda olan polkovnik, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədr müavini, idarə heyətinin üzvü, Qarabağ Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin idarə heyətinin üzvü Hikmət Ağayev

Ambur.az-ın məlumatına görə, Hikmət Səttar oğlu Ağayev 6 yanvar 1966-cı ildə Lerik rayonunun Günəşli (Köhnə Ozobijon) kəndində anadan olub. Valideyinləri Bakı şəhərinə köçdükləri ilə əlaqədar olaraq ibtidai, yəni 3-cü sinfə qədər Nizami rayonu 70 saylı orta məktəbdə, daha sonra Binəqədi rayon 246 saylı orta məktəbdə təhsilini davam etdirir. 1980-cı ildə 8-ci sinfi bitirdikdən sonra təhsilini Sabunçu rayon 88 saylı orta texniki peşə məktəbində "Telefon qovşağı elektirik peşəsi" sahəsində davam etdirir. 1984-cü ildə texniki peşə məktəbini bitirir.

Hərbçilik fəaliyyətinə 1984-cü il tarixində uşaqlıq arzusu olan Şimali Osetyanın Ordjenkisze şəhərində yerləşən Ali Ümümqoşun hərbi məktəbinə qəbul imtahanlarına sənədlərini verərək başlamışdır. Müsabiqədən keçə bilmədiyindən öz ərizəsilə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə getməyi ilə əlaqədər olaraq hərbi komisarlığa müraciət edir. 1984-cü ilin oktyabr ayından həqiqi hərbi xidmətə çağırılır. Həqiqi hərbi xidmətini Çita şəhərində Təlim ümümqoşunlar alayında serjant kurslarından başlayır. 1989-cu ildə Ali hərbi məktəbi bitirir.

1989-cu il avqust ayından 1992-ci il aprel ayına kimi Kazaxıstan SSR Semipalatinski Nüvə poliqonunda bölük komandiri vəzifəsinə qədər yüksəlir. 1992-ci il aprel ayının 28-də, həyat yoldaşı, 3 yaşında oğlu və 3 aylıq qızıyla Azərbaycana növbəti məzuniyyətə gəlir. 1992-ci il 6 may tarixində yenicə yaranmış Müdafiə Nazirliyinə gedib könüllü olaraq 704 saylı briqadada hərbi xidmətə yazılır. 8 may tarixində hərbi briqada Hikməti dislokasiya yeri olaraq Laçın rayonuna ezam edir. Zarişli istiqamətində, Turş su, Teleqüllə və Dağlıq Kəlbəcər istiqamətindən Laçın rayonuna giriş istiqamətində döyüş tapşırıqlarını yerinə yetirir. Məzuniyyət müddəti bitdiyi ilə əlaqədar olaraq öz xidmət yerinə Semipalatinsk şəhərinə qayıdır. Xidmət etdiyi hərbi hissə komandanlığına baş verənləri raportla məruzə edərək Azərbaycana ezam olunmasını xahiş edir. 

24 iyun 1992-ci il tarixində Milli Ordunun 704 saylı hərbi hissəsində Ağdam rayon Çəmənli kənd məktəbində dislokasiya yerinə xidməti davam etdirmək üçün gəldir. Ağdam rayon, Serxavənd, Abdal – Gülablı, Ağbulaq, Mərzili və Qara kənd istiqamətində döyüş əməliyyatlarında iştirak edir. İki dəfə ağır dərəcəli kantuziya alır. Ağbulaq döyüş əməliyyatlarında vaxtından əvvəl kapitan hərbi rütbəsi verilir. 

1993-cü il may ayında zabit olaraq 704 saylı briqada da 741 saylı hərbi hissənin komandir müavini, daha sonra komandiri vəzifəsinə təyin olunur. 1993-cü il tarixindən təçrübəli zabit olaraq Azərbaycan Respublikası Ali hakimiyyət Orqanları Mühafizə idarəsi, hal-hazırda Xüsusi Dövlət Mühafizə Xidməti tərkibində Xüsusi Təyinatlı "A" Dəstəsinin yaradılması, hazırlanması təklifi olunur. 1993-cü ilin may ayından 2016-cı ilin yanvar ayına kimi Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Təyinatlı A Dəstəsinin komandiri vəzifəsində polkovnik hərbi rütbəsinə qədər yüksəlir. Xüsusi Dövlət Mühafizə Xidməti Fəxri Əməkdaşı fəxri ad və döş nişanı ilə təltif olunub. Xüsusi Dövlət Mühafizə Xidməti dövründə 1998-2001 il tarixində ikinçi hüquq ali təhsil almaq məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akadmiyasında təhsil almışdır. Qarabağ müharibə veteranıdır. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında və öz xidməti vəzifə borclarını layiqincə və qüsursuz yerinə yetirdiklərinə görə, "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "İgidliyə görə" "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" I dərəcəli, "Qüsursuz xidmətə görə" III dərəcəli, "Qüsursuz xidmətə görə" II dərəcəli, "Qüsursuz xidmətə görə" I dərəcəli,  "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley, "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalları ilə təltif edilib.

2020-ci il 27 sentyabrdan etibarən başlayan Vətən müharibəsi başladığı zaman polkovnik Hikmət Ağayev həmin ayın 28-də, kənddə, yaşadığı evin üstündən Azərbaycanın üçrəgli bayrağını asır və 29-da müharibəyə yollanır. Füzuli, Zəngilan, Cəbrayıl, Xocavənd, Hadrut, Tuğ, Böyük Tağlar, Daşaltı istiqamətlərində gedən döyüşlərdə iştirak edir, böyük şücaət və qəhrəmanlıqlar göstərir. Müharibənin son gününə qədər Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəman komandir noyabr ayının ortalarında ehtiyata buraxılır.

Hal-hazırda Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədr müavini, idarə heyətinin üzvü, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin idarə heyətinin üzvüdür. "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 15 illiyi" döş nişanı və "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi" yubiley, "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi" yubiley medalları ilə təltif edilib. Allah qorusun. Fəxr edirik!

Ambur.az

Oxşar xəbərlər