“Ya onlar dövlətin qanunlarından qorxmurlar, yada ki, dövlətin onlardan xəbəri yoxdur“- Şəhid Cabbarlı Vidadinin atası - VİDEO

23 Sen 2021 15:08
465

"Bizim də əsas problemimiz odur ki, ən çox işıq tərəfdən biz çox əziyyət çəkirik. Dəfələrlə "Azərişıq"a yazılı sürətdə yazmışıq, Lerik Elektrik şəbəkəsinin rəhbərinə müraciət etmişik. Heçbir tədbir görmürlər. İşıq, bir də internet yoxdur bizdə. 8-9 aydır müraciət edirik ki, bir dənə internet. Bir dənə şəhid ailəsi var o kəddə. 330 təsərrüfat var, bir dənə şəhid ailəsi var. Bizə deyirlər ki, "Səbr eliyin, düzələcək, düzələcək". Yaxşı, bu haçan düzələcək? Şəhidin ilinə sayılı günlər qalıb. Əgər bu bir ilə düzəlməyibsə, bundan sonra haçan düzələcək?...".

Ambur.az xəbər verir ki, bunu bu gün Lerik rayonunun Piran kəndində anadan olan II Qarabağ müharibəsinin şəhidi, gizir Vidadi Cabbarlının atası "Aləm" TV internet televiziyyasına həmin kənddə işıq və internet problemləri ilə üzləşdiyi üçün deyib. 

Oxşar xəbərlər