YAP Astara rayon təşkilatına yeni sədr təyin olunub

28 Yan 2022 16:42
261

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

Ambur.az xəbər verir ki, iclasın müzakirəsinə “Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi çıxarılıb.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra partiyanın həyatında yeni mərhələ başlayıb, yeni qəbul olunmuş Nizamnaməyə əsasən partiyanın yeni strukturu müəyyən edilib. Vurğulanıb ki, Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz.

Ötən dövr ərzində respublikanın digər şəhər və rayonları üzrə yerli təşkilatların sədrliyinə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı geniş təhlillər, müzakirələr aparılıb və yekun olaraq təklif olunan namizədlərin siyahısı hazırlanaraq əvvəlcədən İdarə Heyətinin üzvlərinə təqdim olunub.

Müzakirələrdən sonra səsvermə keçirilib və Cəfərov Həbib Zərxan oğlu YAP Astara rayon təşkilat sədri təyin olunub

Oxşar xəbərlər