Yaponiya hökumətinin dəstəyi ilə Lənkəranın Bəliton kəndinə içməli su təchizatı sistemi inşa edilib - Fotolar

12 Avq 2022 11:13
98

Avqustun 11-də Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Lənkəran rayonunun Bəliton kəndində içməli su təchizatı sisteminin inşası” layihəsinin təqdimatı keçirilib

Ambur.az xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada, İcra aparatının məsul şəxsləri və kənd ictimaiyyəti iştirak edib. Taleh Qaraşov çıxışında Azərbaycanla Yaponiya arasında fəal siyasi dialoqun mövcudluğuna diqqət çəkərək bildirib ki, iqtisadi sahədə də ölkəmiz yapon investorlar üçün olduqca cəlbedicidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin yapon şirkətlərinin müxtəlif sosial layihələrə göstərdikləri könüllü dəstəyin və dostluq jestinin yüksək qiymətləndirilməsi ilə bağlı səsləndirdiyi fikirləri xatırladan İcra başçısı Yaponiya hökumətinə nəcib əmələ görə Bəliton camaatı adından minnətdarlığını ifadə edib.

Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada səmimi və qonaqpərvər qarşılandığına görə rayon rəhbərliyinə və yerli insanlara minnətdarlığını ifadə edib. Səfir bildirib ki, Yaponiya və Azərbaycan arasında narahatlıq doğuracaq heç bir siyasi məsələ yoxdur və iqtisadi sahədə də qarşılıqlı əməkdaşlıq yüksələn xəttlə inkişaf edir. Cuniçi Vada Yaponiya hökumətinin rəsmi Bakı ilə bütün sahələrdə qarşılıqlı etimad mühitinin qurulmasında, əməkdaşlıq səviyyəsinin daha da inkişaf etdirilməsində, sosial infrastruktur layihələrinin həyata keçirilməsində maraqlı olduğunu bildirib. Səfir yapon şirkətlərinin Azərbaycanda sağlam rəqabətli biznez mühiti çərçivəsində fəaliyyəti üçün yaradılan şəraitə görə cənab Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.

Oxşar xəbərlər