Yardımlıda “Aşıq Ələsgərin saz-söz dünyası” adlı tədbir keçirilib

25 Noy 2021 14:28
43

Noyabrın 23-də Yardımlı şəhər Uşaq Musiqi Məktəbində söz ustadı Aşıq Ələsgərin 200 illiyinin qeyd olunması ilə əlaqədar olaraq “Aşıq Ələsgərin saz-söz dünyası” adlı tədbir keçirilib.

Ambur.az xəbər verir ki, tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbiri giriş sözü ilə açan Məktəbin direktoru Zeyni Əkbərov “haqq aşığı” adlandırılan, Azərbaycan söz sənətində yeni cığırlar açan Aşıq Ələsgərin həyatı və zəngin yaradıcılığı barədə geniş məruzə ilə çıxış edib.

Sonra məktəbin müəllimi Baba Babazadə qüdrətli söz ustadı haqqında fikirlərini bildirib və aşığın şeirlərini sazın müşayiəti ilə səsləndirib. Sonda məktəbin şagirdləri Aşıq Ələsgərin şeirlərini ifa ediblər.

Oxşar xəbərlər