Yardımlıda “Azərbaycan xalqı üçün unudulmaz tarix“ adlı tədbir keçirilib

12 Yan 2022 21:33
162

Yanvarın 12-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan "Azərbaycan xalqı üçün unudulmaz tarix" adlı tədbir keçirilib. 

Ambur.az-ın xəbərinə görə, tədbirdə Mərkəzin əməkdaşları və rayonun Qabaqdibi kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.

İlk öncə, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev qan yaddaşımız olan Qanlı Yanvar faciəsi haqqında ətraflı məlumat verib. Bu faciənin xalqımızın hüzn və qəhrəmanlıq səhifəsi olduğunu dilə gətirən A. Ağayev, ilk dəfə olaraq qanlı hadisələrə ulu öndər Heydər Əliyev tərəfindən düzgün siyasi-hüquqi qiymətin verildiyini də qeyd edib.

Sonra Mərkəzin əməkdaşı Tural Kərimov mövzu barədə geniş məruzə ilə çıxış edib. O, çıxışında 20 Yanvar hadisələrinin başvermə səbəbləri və nəticələri barədə tarixi həqiqətlər və faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda "Qanlı Yanvar" filmi nümayiş olunub və xalqımızın qan yaddaşını özündə əks etdirən "Biz müharibə istəmirik" adlı sərgiyə baxış keçirilib.

Oxşar xəbərlər