Yardımlıda “Bütün bəşəriyyətə qarşı törədilmiş cinayət“ adlı dəyirmi masa keçirilib

03 Fev 2022 13:11
164

Fevralın 3-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Tədbirlər Planına uyğun olaraq Xocalı faciəsinin otuzuncu ildönümü ilə bağlı "Bütün bəşəriyyətə qarşı törədilmiş cinayət" adlı tədbir təşkil olunub.

Ambur.az-ın xəbərinə görə, tədbirdə Mərkəzin kollektivi və S.N.Abıyev adına Köryədi kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

Tədbir iştirakçıları ilk öncə Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Təbiri açıq elan edən Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Z. Məmmədzadə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət aktlarından olan bu faciənin qurbanları ilə bağlı bir sıra statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra çıxış edən Mərkəzin əməkdaşı Elşən Abışov və adı qeyd olunan orta məktəbin müəllimi Elgün Ağamirzəyev mövzu barədə fikirlərini bildirib, şagirdlərə qan yaddaşımız olan faciəni unutmamağı tövsiyə ediblər.

Xocalı soyqırımından bəhs edən "Ümid işığı" filminə baxış keçirildikdən sonra bələdçi Tural Kərimov tədbir iştirakçılarını ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış edib.

Oxşar xəbərlər