Yardımlıda “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib

15 Yan 2022 08:33
20

Yanvarın 14-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzi Yardımlı nümayəndəliyinin (GİKM) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı dəyirmi masa təşkil olunub.

Ambur.az-ın xəbərinə görə, mərkəzin müvafiq Tədbirlər Planına uyğun keçirilən dəyirmi masa Mərkəzin kollektivi, GİKM-in əməkdaşları və rayonun S. Abiyev adına Köryədi kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə baş tutub.

Əvvəlcə, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbirdə Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev giriş nitqi ilə çıxış edərək xalqımızın ən ağrılı günlərini özündə ifadə edən 20 Yanvar qanlı hadisələri haqqında məruzə edib. A. Ağayev çıxışında bu faciəni təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət aktı olduğunu bildirib.

Sonra çıxış edən Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə və adıçəkilən orta məktəbin direktor müavini Elgün Ağamirzəyev xalqımızın ağrı-acı ilə yoğrulmuş şərəf və qəhrəmanlıq səhifəsi olan bu tarixi günlər haqqında fikirlərini bildiriblər.

Çıxışlar yekunlaşdıqdan sonra “Şəhidliyin zirvəsi” adlı sənədli film nümayiş olunub və “Biz müharibə istəmirik” adlı sərgiyə baxış keçirilib.

Oxşar xəbərlər