Yardımlıda Xocalı faciəsinin ildönümünə həsr olunan “Unudulmayan tarix“ adlı tədbir keçirilib

04 Fev 2022 20:55
181

Fevralın 4-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq "Unudulmayan tarix" adlı tədbir təşkil olunub.

Ambur.az-ın xəbərinə görə, tədbirdə Mərkəzin əməkdaşları və Köryədi kənd ümumi orta məktəbinin şagirdləri iştirak edib.

Əvvəlcə, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə və müəssisənin əməkdaşı Elşən Abışov erməni vandalizminin ən dəhşətli üzü olan Xocalı soyqırımı haqqında həqiqətləri tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Çıxışçılar həmçinin, sözügedən faciənin bütün dünyaya çatdırılmasında əvəzsiz xidmətləri olmuş Milli Qəhrəman Çingiz Mustafayevin cəsarət və qəhrəmanlığından bəhs ediblər.

Tədbirin sonunda şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilib.

Oxşar xəbərlər