Yardımlıda Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib

22 Fev 2022 09:43
171

Fevralın 18-də Yardımlı Tarix­-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş “Xocalı qan yaddaşımızdır" adlı tədbir keçirilib.

Ambur.az-ın xəbərinə görə, ilk öncə, Vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Muzeyin baş fond mühafizi İlqar Həsənov Xocalı soyqırımı haqqında məruzə edərək bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının onilliyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub".

Çıxış edən digər əməkdaşlardan Anar Baloğlanlı, Əlisəfa Əhmədov və Amil Xamiyev bildiriblər ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. Belə ki, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir.

Sonda xatirə şəkilləri çəkilərək tədbirə yekun vurulub.

Yardımlıda Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib
Yardımlıda Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib
Yardımlıda Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib

Oxşar xəbərlər