Yardımlıda yeni iş ilinin ilk müşavirəsi keçirilib - Fotolar

13 Yan 2022 09:04
110

Yanvarın 6-da Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində yeni iş ilinin ilk xidməti müşavirəsi keçirilib.

Ambur.az-ın xəbərinə görə, tədbirdə Yardımlı rayonunun mədəniyyət işçiləri iştirak edib.
Müşavirəni giriş nitqi ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev əvvəlcə mədəniyyət işçilərini yeni il münasibətilə təbrik edib, sonra o, görüləcək işlərlə əlaqədar məruzə ilə çıxış edib. A. Əliyev məruzədə cari ildə qarşıda duran vəzifələr barədə geniş məlumat verib. Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin ölkədə "Şuşa İli" elan edilməsi mədəniyyət müəssisələrinin qarşısına mühüm vəzifələr qoyur.

Sonra Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rahim Səfərov isə rayonun kitabxana müəssisələri tərəfindən ötən il ərzində görülmüş işlər barədə hesabat xarakterli məlumat verib.

Sonda müşavirə iştirakçılarının təklifləri dinlənilib və problemlər müzakirə edilib.

Oxşar xəbərlər