Yasamalda 59 yaşlı kişinin meyiti aşkarlanıb

24 Avq 2021 09:36
58

Bakının Yasamal rayonunda mənzildə meyit aşkarlanıb.

Ambur.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Talıbov Telman Yaqub oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər