“Yəni Lənkəran qəzası dediyimizdə o da bizim Talış xanlığımızın davamıdır, onun bir tarixidir, amma...“ - VİDEO

30 Dek 2021 15:17
583

"1840-cı ilə kimi Talış xanlığının adı sənədlərdə gedir. 1840-dan sonra yaradılır Talış qəzası. Artıq rusun tərkibində və Şamaxı quberniyasının tabeliyində Talış qəzası yaradılır. 45-ci ildə qərarlaşdırırlar ki, Talış qəzasının adını dəyişib eləsinlər Lənkəran qəzası". 

Ambur.az xəbər verir ki, bunu tarixçi, geneoloq Rəzzaq Xansuvar "Aləm" TV-də müsahibə zamanı Talış xanlığına aid xəritə göstərdiyi zaman deyib.

O, bildirib: "Talış xanlığının adı 1848-ci ilə kimi sənədlərdə rəsmən gedir. Halbuki 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra bir çox xanlıqlarımız artıq yox idi. Adları belə silinmişdi. Amma 1840-cı ilə kimi Talış xanlığının adı sənədlərdə gedir. 1840-dan sonra yaradılır Talış qəzası. Artıq rusun tərkibində və Şamaxı quberniyasının tabeliyində Talış qəzası yaradılır. 45-ci ildə qərarlaşdırırlar ki, Talış qəzasının adını dəyişib eləsinlər Lənkəran qəzası. 1845-ci ildən sonra artıq bütün sənədlərdə Lənkəran qəzası gedir, taa 1929-cu ilə kimi. Yəni sovetin işğalına kimi. Yəni Lənkəran qəzası dediyimizdə o da bizim Talış xanlığımızın davamıdır, onun bir tarixidir, amma 1845-ci ildən sonra. Ondan əvvəl Talış qəzası, Talış qəzasından əvvəl müvəqqəti Talış hakimliyi  yəni həm də Talış xanlığıdır. Yəni bu Talış xanlığının son dövrlərini əhadə edən bir xəritədir..."

Oxşar xəbərlər