Yeniyetmələrin vaksinasiyası Bakı Sağlamlıq Mərkəzində aparılacaq

07 Sen 2021 05:56
196

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Ambur.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Bunun üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.
 

Oxşar xəbərlər