Yerevanda daha bir mitinq - Saxlanılanlar var

20 Fev 2021 17:38
28

Yerevandakı Azadlıq meydanında Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən siyasi və ictimai qüvvələrin mitinqi keçirilir.

 Ambur.az-ın xəbərinə görə, mitinqi "Vətənin xilası hərəkatı" adlanan ictimai təşəbbüs təşkil edib.


Hərəkata 10-dan çox siyasi partiya daxildir. Artıq mitinqə qoşulanlardan xeyli saxlanılanın olduğu bildirilir…

“Ermənistan uçurumun astanasındadır, ölkə iqtisadiyyatı hər gün düşməyə davam edir. Bütün bunlara dözməyin, mübarizə aparın. Yalnız bir tələb var - xainin istefası. Birlikdə vətənimizi xilas edəcəyik ”, - deyə hərəkatın mitinqöncəsi yaydığı müraciətdə vurğulanıb.


Bugünkü mitinqlə bağlı razılıq fevralın 4-də və 15-də eks-prezidentlər Serj Sarkisyan, Robert Koçaryan, "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyan, müxalifətin vahid namizədi Vazgen Manukyan, "Vətən" partiyasının sədri Artur Vanetsyan və "Daşnaksütyun"  partiyasının Ali Şurasının üzvü İşxan Saqatelyanın Yerevanda keçirdikləri görüşdə əldə olunub.



Qarabağda atəşkəs haqqında Ermənistan baş naziri, Azərbaycan və Rusiya prezidentləri arasında 10 noyabr bəyanatı imzalandıqdan sonra Ermənistanda Nikol Paşinyan hökumətindən istefa verməyi tələb etməyə başlayıblar.

Oxşar xəbərlər