Yerevanda saat 17:00-da mitinq keçiriləcək

12 Noy 2020 08:58
56

Ermənistan müxalifəti noyabrın bu gün saat 17:00-da Yerevanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yürüş-mitinq keçirməyi planlaşdırır.

Ambur.az “TASS”a istinadən xəbər verir ki, bu barədə müxalifət qüvvələrinin nümayəndələri bildirib:

“Hakimiyyət bizim qanuni tələblərimizə repressiyalarla cavab verdi. Etiraz hərəkatının liderləri güc strukturları tərəfindən saxlanılıb. Vətəninə biganə olmayan hər kəs saat 17:00-da yürüşə gəlin. Bizim tələbimiz Paşinyanın istefasıdır. Lakin biz Ermənistanda siyasi məhbusların azadlığı uğrunda da mübarizə aparacağıq”.

Oxşar xəbərlər